Şuay Məhəmməd oğlu Xəlilov 1948-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1977-1994-cü illərddə Zaqatala rayon Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinə, 1994-1995-ci illərdə rayon Mədəniyyət evinə, 1995-ci ildən 2007-ci ilədək Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edib. Hazırda Zaqatala rayonunun Çobankol kənd mədəniyyət evinin bədii rəhbəridir.
   İşlədiyi dövrlərdə həm rayon rəhbərliyinin, həm də Mədəniyyət və Turizm Nazirliyinin etimadını doğruldub. Nümunəvi işinə, zəhmətsevərliyinə görə dəfələrlə rayon rəhbərliyi tərəfindən təşəkkür və təbrik məktublarına, nazirliyin fəxri fərmanlarına, müxtəlif hədiyyələrinə layiq görülüb. Rayonun ictimai işlərində həmişə fəal iştirak edir. Mətbuatda müntəzəm olaraq müxtəlif mövzularda məqalələri dərc olunur, televiziya kanallarında çıxış edir.
   Ömrünün 35 ilini mədəniyyətə, mədəni irsimizin təbliğinə həsr edən Şuay müəllimə gələcək işlərində yeni-yeni nailiyyətlər arzu edirik.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar