Salyan Dövlət Kukla Teatrı Neftçala rayonunda qastrol səfərində olub. Kollektivin üzvləri neftçalalı uşaqlara Rəhman Əlizadənin “Keçəlin toyu” tamaşasını təqdim ediblər. Tamaşanın quruluşçu rejissoru Rafiq Mirzə, rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür Mehdiyev, bədii tərtibatçısı Tükəzban Məmmədovadır.
   Balaca tamaşaçılar aktyorlardan Qalib Məlikovun, Gülşən Təhməzovanın, Aygül Muradovanın, Rauf Həsənovun, Elmir Muradovun oyunlarını alqışlarla qarşılayıblar.
   1973-cü ildə bədii özfəaliyyət kollektivi kimi fəaliyyətə başlayan Salyan Kukla Teatrı 1994-cü ildə Dövlət Teatrı adına layiq görülüb. Teatr yarandığı gündən 50-dən çox tamaşa hazırlayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar