Goranboy rayonunun Səfikürd kəndi ərazisində sakinlər tərəfindən təsərrüfat işləri ilə əlaqədar aparılan qazıntı zamanı qədim Şətəl qalasının divarları aşkar edilib. Bu barədə məlumat verən Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyev deyib ki, ərazidə qazıntı aparan sakinlər torpaqda çökmə hadisəsinin şahidi olub və bu barədə şöbəyə məlumat veriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat işləri zamanı burada tarixi əhəmiyyətə malik VI-XII əsrə aid qala divarları aşkar edilib. Aran memarlıq üslubunda inşa olunan divarlar 40 hektar ərazini əhatə edir.