Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” sərəncamları əsas götürülərək Beyləqan rayonunda 2012-ci il “Kitabxanalar ili” elan edilib. Bununla bağlı rayonda kitabxana-informasiya sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İl çərçivəsində kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi, multimedia fondlarının yaradılması, kitabxanaların informasiyalaşdırılması, müasir avadanlıq, informasiya texnologiyaları ilə təmin edilməsi, “Elektron kataloq” və “Elektron kitabxana”nın yaradılması, yeni və müasir tələblərə cavab verən uşaq kitabxanasının inşası planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar