Dil millətin varlığını ifadə edən başlıca şərtlərdən biridir. Dilin qorunması elə millətin qorunması deməkdir. 
   Bu gün Azərbaycan dili dünyada getdikcə daha çox tanınmağa başlayır. Bu dildə ifa olunan musiqimiz bir çox dünya xalqlarının qəlbini fəth etməkdədir. Xarici ölkələrin təhsil müəssisələrində dilimizi öyrənən və tədris edən kafedralar fəaliyyət göstərir. Hələ sovet dövründə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin inkişafına göstərilən diqqət və qayğı bu gün də dövlət siyasətində ardıcıl olaraq davam etdirilir.
   Dilimizi sevdirmək vətəndaş olaraq hər birimizin borcudur. Oğuz rayonunun mədəniyyət müəssisələri də bu istiqamətdə mütəmadi olaraq tədbirlər keçirirlər.
   Fevralın 13-dən 18-dək Rayon Mərkəzi Kitabxanasında təşkil olunan “Mütaliə həftəsi” də bu qəbildən idi. Tədbir fəal oxucuların iştirakı ilə keçirilən “Dilimizin inkişafında mütaliənin rolu” mövzusunda “dəyirmi masa” ilə yekunlaşmışdır.
   Fevralın 20-də isə Oğuzdakı Heydər Əliyev Mərkəzində “Dilim varsa, mən də varam” mövzusunda oxucu konfransı keçirilmişdir.
   
   Qəsidə Hüseynova,
   Oğuz






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar