Ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunması və bərpası, mədəni irsimizin öyrənilməsi və təbliği daim dövlətimizin mədəniyyət siyasətinin prioritetlərindən biridir.
   
   Maddi mədəni irsimizin ən qədim nümunələrindən olan dekorativ-tətbiqi sənət abidələri respublikamızın bir çox bölgələrində geniş yayılmışdır. Azərbaycan dekorativ-tətbiqi sənəti özünəməxsus inkişaf yolu keçərək müxtəlif forma və bədii xüsusiyyətlər əldə etmişdir.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bölgələrdə dekorativ-tətbiqi sənət nümunələri olan qoç və at fiqurlarının, xaç daşların, üzərində ərəb yazıları olan stellaların mühafizəsi, habelə yeni aşkar olunmuş və ya şəxsi istifadədə olan, həmçinin dövlət qeydiyyatına alınmayan abidələr haqqında məlumatların təqdim edilməsi barədə yerli mədəniyyət və turizm şöbələrinə müvafiq tapşırıqlar verilmişdir. Astara rayonunda qoç və at fiqurlarına, xaç daşlara rast gəlinməsə də, çoxlu sayda üzərində ərəb yazıları olan stella, baş və sinə daşları mövcuddur. Rayonun Şiyəkəran kəndindəki “Çəpinə-tıbə” türbəsində, Maşxan kəndindəki qədim qəbiristanlıqda yerləşən üzərində atlı təsviri və ərəb yazıları olan daş abidə, həmin kəndin Seyid Əhməd türbəsindəki hicri təqvimi ilə 876-cı ilə aid (miladi 1471-72-ci illər) üzərində ərəb yazıları olan sinə daşı və stella, həmçinin kənd məscidinin yanındakı miladi 1330-cu ilə aid, üzərində ərəb yazıları olan Mövlana Seyid Kərimə aid olan daş kitabə dövlət qeydiyyatına alınması üçün nazirliyə təqdim edilmişdir.
   Rayonun Təngərüd kəndindəki qədim qəbiristanlıqda, Toradi kəndindəki Baba Rəsul ziyarətgahında çoxlu sayda üzərində ərəb yazıları olan baş daşları vardır. Onların dövlət qeydiyyatına alınması üçün tədbirlər görülür.
   
   Əfqan Şəfiyev,
   Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin üzvü







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar