Martın 19-da Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi Novruz bayramı münasibətilə tədbir keçirib. 
   Rayon Mədəniyyət Evinin qarşısındakı meydanda bayram tonqalı çatılıb, yaxınlıqdakı parkda alaçıqlar qurulub. Xalqımızın tarixi adət-ənənəsini yaşadan milli üslubda bəzədilmiş alaçıqların qarşısına Novruz sovqatları düzülən stollar da qoyulub.
   Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Mədəniyyət evinin “Göyəzən” instrumental, “Zurnaçılar” və “Aşıqlar” ansambllarının çıxışları, Bahar qız, Kosa və Keçəlin məzəli - duzlu çıxışları şənliyə xüsusi rəng qatıb. 1 və 2 saylı uşaq musiqi məktəbləri şagirdlərinin, Mədəniyyət evinin “Qönçə” rəqs ansamblının maraqlı çıxışları da alqışlarla qarşılanıb. Tədbirin sonunda “Ən yaxşı səməni” adlı müsabiqə keçirilib, qaliblərə Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hədiyyələrlə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar