Yurdumuzun bütün bölgələrində olduğu kimi, Lənkəranda da Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir. Martın 15-də Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Azərbaycan xalqının milli bayramı ilə bağlı el şənliyi keçirildi. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov iştirak edirdi.
Dədə Qorqud və Bahar qızı şənliyə gələnləri salamladı, Novruz personajları Keçəl və Kosanın məzəli çıxışları tədbiri rövnəqləndirdi. Bayram şənliyində rayonun folklor və özfəaliyyət kollektivləri, uşaq musiqi məktəblərinin folklor və balabançalanlar ansamblı, “Nənələr”, “Kinəlim”, “Vənəvşə” folklor kollektivləri və yerli sənətkarların ifasında maraqlı konsert proqramı təqdim olundu. Milli idman növləri və milli oyunlar nümayiş olundu. El sənətkarlarının əl işlərindən və uşaq rəssamlıq məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılandı.
İlqar Əzimov,
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi