Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları» proqramına əsasən, 2012-ci il üçün «Azərbaycanın Sənətkarlıq Paytaxtı» elan edilən Qubada mədəniyyət tədbirlərinə start verilib.
   
   Bəşir Səfəroğlu adına Mədəniyyət Evində təşkil olunan “Sənətkarlıq Paytaxtı”nın təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, bu proqramın məqsədi bölgələrin sənətkarlıq potensialını geniş ictimaiyyətə tanıtmaq, regionun turizm potensialını təbliğ etməkdir. Şöbə müdiri qeyd edib ki, Qubanın “Sənətkarlıq Paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq ilboyu rayonda müxtəlif mədəniyyət tədbirləri təşkil ediləcək, el sənətkarları geniş ictimaiyyətə tanıdılacaq: “Quba rayonunda xalq sənətkarlığının bütün nümunələri hələ qədim dövrdən təşəkkül taparaq geniş yayılıb. Belə bir layihənin gerçəkləşməsi isə Qubada sənətkarlığın yenidən dirçəldilməsi ilə yanaşı, turizmin inkişafına da müsbət təsirini göstərəcək. Bu il Quba sənətkarları öz əl işlərini daha geniş çərçivədə ictimaiyyətə təqdim edə biləcəklər”.
   Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bölgənin mədəni irsindən söz açaraq rayonda xalçaçılığın daha zəngin tarixə malik olduğunu deyib. Bildirib ki, qədim təcrübəyə əsaslanan sənətkarlığı bərpa etmək məqsədilə son illərdə bir sıra tədbirlər görülür. Qubanın 2012-ci ildə respublikanın “Sənətkarlıq Paytaxtı” elan edilməsi də məhz mədəni irsin qorunmasına, sənətkarlığın daha da inkişafına və təbliğinə yönəlib.
   Tədbirdə yerli sənətkarların əl işlərindən ibarət sərgi nümayiş olunub, mədəniyyət evinin “Atəşgah” ansamblının ifasında musiqi nömrələri səsləndirilib. Mərasimdə Ombudsman Elmira Süleymanova, millət vəkilləri Vahid Əhmədov və Yevda Abramov iştirak ediblər.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar