İyunun 12-də Astara Rayon Mərkəzi Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq 1993-cü ilin 15 iyununda böyük öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı, Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaq üçün gördüyü işlərdən danışdı. Qeyd olundu ki, müdrik siyasətçi Heydər Əliyev ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, Azərbaycan dövlətçiliyini xilas etdi. Ulu öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan üzüağ çıxdı, sabitlik bərqərar olundu, ölkəmiz inkişaf yoluna qədəm qoydu. Bu tarixi missiya sayəsində bu gün Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan həmin gündən ötən 19 il böyük dəyişikliklərlə yadda qalmışdır.
Tədbirdə rayon MKS-nin direktor müavini İlyas Məmmədov, kitabxana işçilərindən Nərgiz Məhərrəmova, Növrəstə Məmmədova, Ülkər Əliyeva ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişafından, əldə olunan nailiyyətlərdən danışdılar.