Qazax rayonunun muzey əməkdaşları üçün seminar və dəyirmi masa təşkil edilib

   Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşları yerlərdəki muzeylərdə saxlanılan maddi-mədəni irs nümunələrinin konservasiyası üçün lazımi tədbirlərin görülməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması, açıq sərgi-seminarın keçirilməsi məqsədilə Qazax rayonunda olublar.
   
    Əməkdaşlar Qazax tarix-diyarşünaslıq muzeyi, Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyləri və rəsm qalereyasında bərpaya ehtiyacı olan əşyaları seçərək onların bərpa mərkəzinə gətirilməsini tövsiyə edib, eksponatların təlimata uyğun şəkildə ekspozisiyada nümayiş etdirilməsi ilə bağlı məsləhətlər veriblər.
   Heydər Əliyev Elm Mərkəzində rayonun muzey əməkdaşları, mədəniyyət işçiləri üçün sərgi-seminarlar təşkil olunub. Tədbirdə çıxış edən Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qurumun fəaliyyəti barədə danışıb. Mərkəzin fəaliyyətini əks etdirən sənədli film, xalça, tikmə, qrafika nümunələrinin bərpa və konservasiya üsullarının nümayişi iştirakçılarda mövzu ilə bağlı geniş təsəvvür yaradıb.
   Seminardan sonra iştirakçılar Qazax Dövlət Rəsm Qalereyasında bərpa olunmuş rəsm əsərlərindən, habelə Qazax xalça məktəbinə məxsus xalça və xalça məmulatlarını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
   Bərpaçı mütəxəssislər yerli muzey əməkdaşlarını maraqlandıran məsələlər haqqında dəyirmi masa keçirərək əşyaların mühafizəsi, bərpa və konservasiyası sahəsində onları maraqlandıran sualları ətraflı cavablandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar