Gədəbəy Rayon Mədəniyyət Evində yerli yazarlarla görüş keçirilib. Mədəniyyət evinin müdiri Etibar Məmmədovun verdiyi məlumata görə, görüş «Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012» tədbirləri çərçivəsində Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə gerçəkləşib. Tədbirdə ədəbiyyat və incəsənət mövzusunda müzakirələr aparılıb, yerli şairlərin şeirləri dinlənilib. Yazarlar belə görüşlərin yaradıcı insanlar üçün əhəmiyyətini vurğulayıblar.
   Görüşdə qeyd olunub ki, rayonda vaxtilə fəaliyyət göstərmiş «Şəlalə» ədəbi birliyi uzun illərdir işinə ara verib. Ədəbi məclisin təkrar fəaliyyətə başlaması yaradıcı mühitə müsbət təsir edə bilər.
   Görüşdə iştirak edən yerli yazarlar Zahir, İkram Əhmədoğlu, İftixar, Rəfael Əhmədoğlu, həmçinin Aşıq Səyyad, Aşıq İmamverdi öz yeni şeirlərini məclis əhlinin diqqətinə təqdim ediblər. Sonra aşıqlar sözə sazı da qoşaraq müxtəlif aşıq havalarını ifa ediblər.
   Tədbirin yekununda yeni fəaliyyətə başlayacaq ədəbi məclisə Azərbaycan aşıq ədəbiyyatında müqtədir sənətkar kimi tanınan Miskin Abdalın adının verilməsi qərara alınıb.
   
   Fəxriyyə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar