Qazax Rayon Mərkəzi Kitabxanasında Azərbaycanın böyük şairəsi Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyi ilə əlaqədar “Bu dünya bir qızıl küzəyə bənzər” adlı şeir gecəsi keçirilib.
   
   Mərkəzi kitabxananın direktoru Solmaz Babanlı tədbiri açaraq qeyd edib ki, XI əsrin sonları XII əsrin əvvəllərində yaşamış Məhsəti Gəncəvi Azərbaycan şairlərinin parlaq nümayəndələrindən biridir. Onun əsərləri indi də sevilə-sevilə oxunur, həyata, insana məhəbbət oyadır. Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Sədaqət Qasımova şairənin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
   Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pəri Məmmədova bildirib ki, Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın rübailəri və fəlsəfi məzmunlu şeirləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynayıb.
   Şair-dramaturq Fuad Babanlı “Kölgə salma ruhuma” adlı kitabında Məhsəti Gəncəviyə həsr olunmuş “Şeir və Günəş” poemasından parçalar söyləyib. Fəal oxuculardan Şahin Mustafayev, Nigar Kazımova, Nicat Qasımov, Orxan Bəxtiyarov, Fərid Əsgərov, Nərmin Əliyeva və başqaları şairənin rübailərindən söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar