ABŞ-ın Azərbaycandakı səfirliyinin xətti ilə Kürdəmir Rayon Mərkəzi Kitabxana Sisteminin binasında fəaliyyət göstərən Amerika Mərkəzində treninqlər keçirilib.
   
    Sevinc Hüseynovanın rəhbərliyi ilə “Dostluq düşərgəsi” adlı qrant layihəsi əsasında gerçəkləşən dördgünlük treninqlərdə uşaq və yeniyetmələrlə maraqlı intellektual söhbətlər aparılıb, təqdimatlar keçirilib, maraqlı oyunlar təşkil olunub. Amerika səfirliyinin iki nümayəndəsi də treninqdə iştirak edib.
   “Dostluq düşərgəsi” layihəsi çərçivəsində bu yay beş regionda - Gəncə, Yalama, Salyan, Lənkəran və Kürdəmirdə treninqlər keçirilib. Tədbirlərin məqsədi gəncləri maarifləndirmək, onların ictimai fəaliyyətə cəlb olunmasını təmin etmək, bilik və qabiliyyətlərini artırmaqdır.
   Treninqdə iştirak edənlərə müvafiq sertifikatlar təqdim olunub.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin baş biblioqrafı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar