Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyi oktyabrın 1-2-də qurumun mənzil-qərargahının yerləşdiyi Ankarada təntənəli şəkildə qeyd ediləcək. Oktyabrın 1-də TÜRKSOY-a üzv ölkələrin tanınmış sənətçilərinin iştirakı ilə Türkiyənin Prezident Simfonik Orkestrinin zalında konsert proqramı təqdim olunacaq. Oktyabrın 2-də isə TÜRKSOY-un baş katibliyində üzv ölkələrin nazirlərinin iştirakı ilə qurumun Daimi Şurasının toplantısı keçiriləcək.