“Əfsanələr Paytaxtı”nda dəyirmi masa
  
 
   Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı üzrə 2012-ci ildə Gədəbəy şəhərinin «Azərbaycanın Əfsanələr Paytaxtı» elan olunması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dəyirmi masa gerçəkləşib.
   
   “Tariximizin yaddaşı əfsanələr şəhəri - Gədəbəy” mövzusunda tədbir sentyabrın 20-də nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilib.
   Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayevin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalovun, mərkəzin əməkdaşlarının, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nümayəndələrinin, eləcə də rayon ziyalılarının iştirakı ilə keçirilən dəyirmi masada adət-ənənələr və tarixi abidələrlə zəngin olan bu bölgədə həm də turizm üçün əlverişli imkanlar olduğu diqqətə çatdırılıb.
   Tədbirdə AMEA-nın Folklor İnstitutunun Mərasim şöbəsinin elmi işçisi Atəş Əhmədli «Azərbaycanda Turizm Sənayesinin inkişaf dinamikası və istiqamətləri: folklor turizmi», Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəni irs şöbəsinin müdiri Cabbar Süleymanov «Əfsanələr şəhəri - Gədəbəy», rayon Mədəniyyət evinin direktoru Etibar Əliyevin «Tariximizin yaddaşı əfsanələr şəhəri - Gədəbəy» mövzusunda məruzələri dinlənilib, səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar