Prezident İlham Əliyev sentyabrın 27-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimov) 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi və dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən alıb.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, yubileylə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.