Hər bir xalqın tarix səhnəsində var olması, bir millət kimi özünü təsdiq etməsi üçün bir çox şərtlər əsasdır. Zəngin mədəniyyət, ədəbiyyat, qədim tarixi köklərə dayanan dil də bu şərtlərə daxildir. Bu baxımdan xalqımız qürurlana bilər. Əsrlər boyu ana dilimizdə yaranan ədəbiyyatımız da bizim qürur mənbəyimizdir.
   
   Bu il bir sıra görkəmli şair və yazıçılarımızın yubileyləri qeyd olunur. Oğuz rayonunun mədəniyyət müəssisələrində də bu münasibətlə tədbirlər keçirilmişdir. Oktyabrda elan olunmuş “Ana dili və ədəbiyyatı” aylığı çərçivəsində Mərkəzi kitabxanada N.Gəncəvinin 870, M.Ə.Sabirin 150, H.Cavidin 130 illik yubileyi ilə bağlı ədəbi-bədii gecələr keçirilmişdir.
   Noyabrın 2-də Oğuz şəhər 3 saylı məktəb-liseydə Mərkəzi kitabxananın əməkdaşlarının iştirakı ilə keçirilən “Şərəfim, şöhrətim, qeyrətim dilim” mövzulu ədəbi-bədii gecədə isə ölməz əsərləri ilə Azərbaycan dilinin qorunmasında və inkişafında müstəsna xidmətləri olan dahilərimiz bir daha anıldı.
   Dövlət himnimizlə açılan tədbirdə Azərbaycan haqqında, dilimiz haqqında şagirdlərin ifasında səslənən mahnılar, eləcə də “Dədə Qorqud”, “Dəli Kür” filmlərindən musiqi parçaları, Bəxtiyar Vahabzadənin öz səsində təqdim olunan şeiri, habelə bayatılar, yanıltmaclar, əfsanələr, M.Ə.Sabirin, N.Gəncəvinin əsərlərindən səhnəciklər dilimizin zənginliyini bir daha sərgilədi.
   Tədbirin sonunda “Ana dili və ədəbiyyatı” aylığı çərçivəsində fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim edildi.
   
   Qəsidə Hüseynova,
   Oğuz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar