Noyabrın 24-də Lənkəran Şəhər Mərkəzi Kitabxanasında Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək, Azərbaycanın regionları ilə mədəniyyət əlaqələrini dərinləşdirmək məqsədilə kitab sərgisi təşkil edib. Sərgi çərçivəsində rayon ziyalıları və oxucularla görüş keçirilib.
   Görüşdə iştirak edən Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Əhməd Arslan sərginin keçirilməsində göstərdikləri dəstəyə və qonaqpərvərliyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təşəkkürünü bildirib. Müşavir Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Lənkəranda turizmin inkişafı üçün əlverişli şərait olduğunu bildirərək bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsinin də önəmli ola biləcəyini qeyd edib. Görüşdə Türkiyənin TRT kanalı, “Anadolu”, “İhlas” və “Cihan” xəbər agentliklərinin təmsilçiləri də iştirak ediblər.
   Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil olunmuş gəzinti turunda qonaqlar rayonun görməli yerləri, muzeyləri və tarixi abidələri ilə tanış olublar. 

   İlqar Əzimov,
   Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar