Şair-tərcüməçi, filologiya elmləri namizədi Rəşid Təhməzoğlunun "Sevgimin çalarları" şeir kitabı "Nərgiz" nəşriyyatı tərəfindən 2009-cu ildə nəşr olunub. Kitaba şairin müxtəlif illərdə qələmə aldığı şeirlər və "Yollar hara aparır" lirik poeması daxil edilmişdir.
R.Təhməzoğlunun şeirlərinin leytmotivini  Vətən sevgisi, yurd həsrəti, torpaq və el-oba məhəbbəti təşkil edir, gözəlliyin tərənnümü təşkil edir. Onu da qeyd edək ki, R.Təhməzoğlunun bundan əvvəldə bir neçə şeir kitabı nəşr olunmuşdur.