Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində böyük yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
   
   Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Məmməd Səid Ordubadinin xatirə muzeyi və Sabunçu Rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə gerçəkləşib. Dəyirmi masanı xatirə muzeyinin direktoru Lalə Abaszadə açaraq ölkə Prezidentinin sərəncamına əsasən ədibin yubileyinin geniş şəkildə qeyd edildiyini nəzərə çatdırıb. Yazıçının xatirə muzeyi 2012-ci ili “Ordubadi ili” elan edib və bu çərçivədə silsilə tədbirlər, mühazirələr və sərgilər təşkil olunub. Muzeydə məktəblilər üçün açıq dərslər, maraqlı görüşlər və ekskursiyalar təşkil edilərək, Ordubadinin zəngin yaradıcılığı təbliğ edilib.
   Dəyirmi masada çıxış edən Sabunçu Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Nəcibə Hüseynova ədibin yubileyi ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib.
   Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov “Azərbaycan ədəbiyyatında M.S.Ordubadi dramaturgiyası”, Sumqayıt Dövlət Universitetinin müəllimi, filologiya elmləri namizədi Arzu Hüseynova “M.S.Ordubadi nəsrində Cənubi Azərbaycan” mövzularında məruzələrlə çıxış ediblər.
   Akademik Milli Dram Teatrının aktrisası Əminə Babayeva “Qılınc və qələm” əsərinin tamaşasında yaratdığı Qətibə obrazı haqqında söhbət açıb, teatrın aktyoru, Əməkdar artist Əli Nur “Dumanlı Təbriz” tamaşasından Səttarxanın monoloqunu ifa edib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar