Ağsu Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. “20 Yanvar şəhidliyə gedən yolun zirvəsidir” adlı tədbirdə rayon ziyalıları, 20 Yanvar faciəsinin şahidləri, gənclər iştirak edib.
   
   Dəyirmi masada “Azərbaycanda milli azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolu”, “20 Yanvar faciəsinin günahkarları”, “20 Yanvar şəhidləri və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində onun rolu” mövzularında çıxışlar dinlənilib.
   İştirakçılar 147 nəfərin qətlə yetirildiyi bu faciənin başda Mixail Qorbaçov olmaqla, keçmiş sovet imperiyasının xalqımızın azadlıq uğrunda mübarizəsinə qarşı yönəldilmiş bir qəsd olduğunu bildiriblər. 20 Yanvarın xalqımızın azadlıq uğrunda mübarizə tarixinin qanlı səhifəsi kimi heç vaxt unudulmayacağı vurğulanıb.
   Sonda iştirakçılar 20 Yanvar hadisələri haqqında sənədli filmə baxıb, kitab sərgisi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar