Xoşavaz Feyziyeva ömrünü gözəl, nəcib əməllərlə dəyərləndirən insandır. İşıqlı, ibrətli bir həyat yolu keçib. İnsanın gözəlliyini onun işində, əməlində görür. Deyir ki, insan xalq, el-obası üçün çalışanda xoşbəxtlik özü gəlib onu tapır.
   
   Lerik rayon MKS-də komplektləşdirmə və kitabiləşmə şöbəsinin müdiridir. Sənətinə məhəbbəti, işinə məsuliyyətlə yanaşması ona həmişə hörmət qazandırır. Xoşavaz xanım uzun illərdir kitablarla ünsiyyətdədir, insanlara sevgisini də kitablardan alır. Elə bunlara görə həyatını kitabların arasında keçirdiyi üçün özünü dünyanın ən xoşbəxt qadını sayır.
   “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Bu, ulu öndərimiz Heydər Əliyevin ölməz kəlamıdır. Belə bir müqəddəs məkan yaratmaq, yaşatmaq eşqi ilə yaşayan insanlara etibar ediləndə onun səmərəsi daha da böyük olur. MKS-nin komplektləşdirmə və kitabişləmə şöbəsinin əməkdaşlarından Vəsilə Rzayeva deyir: “Xoşavaz xanım savadı, hərtərəfli biliyi, dünyagörüşü ilə hamıya nümunədir. Daim öz üzərində çalışır, ixtisasına dair yenilikləri həvəslə öyrənir”.
   Sədaqət Əsgərova (Hamarat kənd kitabxanasının işçisi): “Xoşavaz xanımı çoxdan tanıyıram. O, işıqlı dünyanın açarını kitablarda görür. Sənəti onun üçün hər şeydən ucadır. Kitablara göstərdiyi məhəbbətlə elin gözündə hörmət qazanıb”.
   Kitablara bağlı ömür yaşayan Xoşavaz xanım üç övlad anasıdır. Övladları da anaları kimi ömürlərini xeyirxah işlərə sərf etməkdən zövq alırlar. İnsan üçün həyatda əsl xoşbəxtlik də budur.
   
   Zəfər Əliyev,
   Lerik







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar