O gün sanki həyat dayanmışdı. Adama elə gəlirdi ki, artıq dünyanın sonudur. Anaların, uşaqların səsindən, göylərə bülənd olan ah-naləsindən qulaq tutulurdu. Xocalı adlı qədim yurd yerimiz yerlə-yeksan edilmişdi. Artıq 21 ildir, bu ağır dərdin yükünü çəkirik...
   
   Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova “Xocalı dərdini dağ da götürməz” adlı tədbirdə çıxışına bu sözlərlə başladı. Qeyd etdi ki, zaman-zaman başımıza gətirilən fəlakətlərdən, faciələrdən bədbinləşməməli, başımızı dik tutmalıyıq. Biz milli birliyimizlə mütləq haqq işimizin qələbəsinə nail olacağıq.
   MKS-nin əməkdaşlarından Mehparə Səfərəliyeva, İlahə Teymurzadə, Gülnaz Məmmədova, Ofelya Osmanova, Nisə Əliyeva və başqaları çıxış edərək bildirdilər ki, xocalılıların kədəri xalqımızın ümumi kədəridir. Şəhid qanı ilə suvarılmış torpaqlarımız and yerimiz, şəhidlərimiz qürur mənbəyimizdir. Xocalı həqiqətlərinin bütün dünyaya yayılması üçün vətəndaş olaraq hər birimizin üzərinə məsuliyyət düşür. İnanırıq ki, bu qanlı faciəni törədənlər dünya miqyasında ifşa edilərək layiqli cəzalarını alacaqlar.
   Çıxışlardan sonra Xocalıya həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.
   
   Mübariz Səfiyaroğlu,
   Zərdab rayon MKS-nin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar