Əvvəlcədən tərtib olunmuş cədvələ əsasən qonaqları gözləyirdik. Onlar Qəbələ şəhərindəki şəhid Nicat Apayev adına orta məktəbin V sinif şagirdləri idi. Uşaqları muzeyə məktəbin direktoru Qəşəngi Musayevanın tapşırığı ilə Vüsalə müəllimə gətirmişdi.
   Məktəblilərin ekskursiyasını Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi İlhamə Seyidova apardı. V sinif şagirdləri “Qədim qalalar” mövzusunda tarix dərsini əyani vəsaitlərlə keçdikdən sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xüsusi məlumatlarla da tanış oldular. Azərbaycan tarixinin bir çox maraqlı səhifələrini özündə əks etdirən muzeyimizdə keçirilən dərs şagirdlərdə zəngin təəssürat oyatdı. Prezident İlham Əliyevin də Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində olması, muzey haqqında rəy yazması şagirdlərdə bu məkana bir də baş çəkmək, tariximizin daha bir neçə səhifəsini vərəqləmək üçün əlavə stimul yaratdı.
   Biz isə öz növbəmizdə məktəblilərimizi tarixi öyrənmək üçün Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə dəvət edirik. Çünki tariximizi bilmək, yaşatmaq hamımızın borcudur.
   
   Nigar Eldarova,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar