Beyləqan rayon Mədəniyyət sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.   
   Mərasimi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev açaraq dahi rəhbərin ölkəmizin çiçəklənməsi, inkişafı yolunda tarixi xidmətlərindən danışdı. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Məzahir Qarayev ulu öndərin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.
   Tədbirdə iştirak edən xalq artistləri Nurəddin Mehdixanlı, Laləzər Mustafayeva ümummilli liderə həsr olunmuş şeirlər söylədilər. Əməkdar artistlərdən Gülyanaq Məmmədova, Əbülfət Oğuz, Lalə Məmmədova, Elza Seyidcahan, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Firuzə Quliyeva, Əbülfət Məmmədov (saz), vokalçı Vaqif Şıxəliyev və başqaları öz ifaları ilə tədbiri rövnəqləndirdilər. Mahnı Teatrının solistləri, Əməkdar artist Kamil Vəzirovun rəhbərliyi ilə səsləndirilən rəqs və mahnılar böyük alqışlarla qarşılandı.
   
   Cəbrayıl Məmmədov,
   Beyləqan rayon Mədəniyyət sarayının direktoru






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar