Ağsu Mədəniyyət sarayında rayon musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş konsert olub.
   
   Tədbirdə musiqi məktəbinin direktoru Cavanşir Şeydazadə çıxış edərək ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, sənət adamlarına, peşəkar bəstəkarlara, ifaçılara verdiyi yüksək dəyərdən bəhs edib.
   Konsert proqramında Qara Qarayevin “Anadan olma günü”, Nailə Mirməmmədlinin “Azərbaycan bayrağı” və s. mahnılar səslənib. Rəngarəng repertuarlı proqramda ulu öndər Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısı, habelə ümummilli liderə həsr olunmuş şeirlər də oxunub. Xanəndə Kamil Ağayev, tarzən Nicat Umbayev, fortepianoda Mehriban Orucovanın və başqalarının ifaları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
   * * *
   Aprelin 30-da Ağsu rayon Mərkəzi kitabxanasında da ümummilli liderin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib. Rayon ziyalıları, gənclər və oxucuların iştirak etdiyi tədbiri MKS-nin direktoru Cəbrayıl Bədəlov açaraq ölməz liderin həyat və fəaliyyətindən danışıb. 3 saylı məktəbin müəllimələri Yeganə Cəlilova, Bircahan Məmmədova, 4 saylı məktəbin müəllimi Sənan Nemətov, Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçisi Rəvan Eminov ulu öndərin dövlət quruculuğu və mədəniyyət sahəsində gördüyü işlərdən bəhs ediblər. Sonda tədbir iştirakçıları dahi rəhbərə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar