Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsində 28 May - Respublika Günü münasibətilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Gündüz Mürsəlov bayram münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş məruzə ilə çıxış edib. Sonra MKS işçiləri tərəfindən hazırlamış “Müstəqilliyimiz əbədidir” adlı sərgiyə baxış keçirilib, şeirlər söylənilib, rayon mədəniyyət evinin kollektivi əhali qarşısında konsert proqramı ilə çıxış edib.
   Tərtər rayon MKS-də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. “Uşaqlar bizim gələcəyimizdir” adlı mərasimdə balacalara dövlət qayğısından bəhs edilib. Uşaqların əl işlərindən ibarət “Qoy həmişə günəş olsun” adlı sərgiyə baxış keçirilib, şeirlər söylənilib, mahnı və rəqslər ifa olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar