Sənət bayramına Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan və Latviyadan folklor qrupları qatılıb
   
   İyunun 13-də Masallı şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı başlayıb. 
   Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivala Rusiya (Moskva və Dağıstan), Türkiyə, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan və Latviyadan 10-dan çox folklor ansamblı və qrupu qatılıb. Sənət bayramında ölkəmizdən Masallı, Zaqatala rayonlarının folklor qrupları, Ağdamın “Qarabağ bülbülləri” ansamblı iştirak edir.
   Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
   Sonra Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda folklor qruplarının nümunəvi çıxışları olub. Milli folklor nümunələri nümayiş olunduqdan sonra Gənclər Mərkəzi istiqamətinə yürüş edən iştirakçılar Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət Parkında Azərbaycanın, o cümlədən cənub bölgəsinin sənətkarlıq nümunələri, milli mətbəxi, əl işləri sərgisi ilə tanış olublar. Axşam Masallı şəhərindəki Heydər Əliyev parkında müxtəlif ölkələrdən olan folklor qruplarının konsert proqramı təqdim olunub.
   İyunun 16-dək davam edəcək festival çərçivəsində folklor qruplarının rayonun Hişkədərə və Həsənli kəndlərində də çıxışları olacaq. Festival günlərində qonaqlar üçün rayonun tarixi və görməli yerlərinə ekskursiyaların təşkili nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar