Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti və təşkilatçılığı ilə “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərarası və dinlərarası dialoq və tolerantlıq barədə araşdırmalar aparan nüfuzlu beynəlxalq ekspertlərdən ibarət qrup ölkəmizə səfər edib.
   Nümayəndə heyəti Şamaxıda Cümə məscidini ziyarət edib. Qonaqlara Şamaxı rayonunun tarixi keçmişini əks etdirən arxeoloji abidələrin bərpası və yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Yaxın Şərqdə ən qədim müsəlman məbədi kimi 743-cü ildə inşa edilən Cümə məscidi 1859 və 1902-ci illərdə baş verən zəlzələlərdən ciddi ziyan çəkib. Məscid 1918-ci ilin mart soyqırımında isə erməni quldurları tərəfindən yandırılıb.
   Vurğulanıb ki, Prezident İlham Əliyevin 2009-cu il 24 dekabr tarixli sərəncamı ilə Cümə məscidi 2010-2013-ci illərdə əsaslı bərpa olunaraq yenidən tikilib.
   Nümayəndə heyətinə ölkəmizin tolerantlıq modeli haqqında da geniş məlumat verilib.
   Səfər çərçivəsində regionlarda müxtəlif dinlərin nümayəndələri ilə görüşlər, “Tolerantlığın İpək Yolu marşrutu”nda yer alan və ölkəmizin çoxəsrlik tolerantlıq tarixini əks etdirən abidələrin ziyarəti də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar