Regionlarda maarifləndirici animasiya filmləri nümayiş olunur
   
   Gənclər və İdman Nazirliyi tərəfindən respublikamızın bir sıra şəhər və rayonlarında “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirilir.
   Layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd “Atmasfera 360” sferik kinoteatrlarında nümayiş etdirilir. Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) regionların yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradılıb. Filmlər proyektorlar vasitəsilə 360 dərəcəli kürəşəkilli tavana salınır. Beləliklə, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir.
   “Kaluokahina. Tilsimlənmiş rif” və “Kainatın sahibləri” filmləri Azərbaycan dilində nümayiş etdirilir. Hər iki film maarifləndirici və əyləncəli xarakter daşıyır.
   Birinci film Kaluokahina rifinin sakinləri olan balıq və başqa okean canlılarının öz riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici xüsusiyyətlər və şən yumorla zəngindir.
   “Kainatın sahibləri” filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompyuter qrafikası vasitəsilə izləyicini göylərə, açıq kosmosa aparır. Tamaşaçıda belə bir hiss yaranır ki, sanki o, zalda əyləşməyib, kanyonlara baş vurur və açıq kosmosda uçur. Ekran əsəri kainatın böyük partlayışdan əmələ gəlməsi və bu günədək inkişafından söz açır.
   Filmlərin Goranboy, Samux, Gəncə, Daşkəsən, Göygöl rayonlarında da nümayişi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar