Gəncədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində Şah Abbas və Uğurlu xan karvansarayları əsaslı şəkildə təmir olunur. İşlərə 2011-ci ilin sentyabr ayından başlanılıb. Hər iki karvansarayda bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılır. Artıq karvansarayların bütün tikililərində təməl-bərkitmə işləri başa çatıb. Binanın daxilində və üz hissəsində qəzalı vəziyyətdə olan yerlər yenidən əsaslı təmir olunub. Karvansaraylarda istifadə edilən kərpiclər Şəki şəhərindən gətirilir ki, bu da o dövrdə istifadə edilən kərpiclərə uyğun gəlir. Görülən işlər zamanı binanın köhnə görkəmi qorunur.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar