Azərbaycan - bu ulu torpaq babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir, atalarımızın vətən övladına candan əziz yadigarıdır. Doğma xalqını, ana torpağını yağılardan qorumaq üçün canından keçmiş igidlərimizin ən müqəddəs, ən ülvi arzusu Azərbaycanı azad və müstəqil görmək idi...

1918-ci ilin bir yaz günündə Azərbaycan torpağında istiqlal günəşi parladı - 28 May günəşi. Həmin gün müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycanın Xalq Cümhuriyyəti yaradıldı. Təəssüf ki, müstəqillik günəşinin şüaları cəmi 23 ay parladı. Vətənimiz işğal olunaraq “qırmızı imperiya”ya birləşdirildi. Amma xalqımızın istiqlal arzuları qan yaddaşımızda yaşamaqda davam edirdi.
70 illik “qırmızı imperiya”nın sonu xalqımız üçün qanlı-qadalı olsa da, sonda yenidən dövlət müstəqilliyimizə qovuşduq. Yüz minlərlə insan azadlıq uğrunda mübarizəyə qalxmışdı. 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Həmin gün Azərbaycan torpağı göz yaşına bələndi. Eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi həkk olundu. 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı. 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
Müstəqillik bizim bu günümüzdür, sabahımızdır, gələcəyimizdir. Biz bir həqiqətə inanırıq ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! İnanırıq ki, Azərbaycan xalqının başı üzərindəki azadlıq günəşi ilbəil daha parlaq işıq saçacaq, gələcək nəsillərə ərməğan olacaq.

Tahirə Şəfiyeva,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar