Oktyabrın 19-da “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və “Heritage Travel” şirkəti kütləvi informasiya vasitələri və turizm şirkətlərinin təmsilçiləri üçün Ağsu şəhərinə növbəti infotur təşkil edib. İnfotur iştirakçıları Orta əsr Ağsu şəhəri ərazisindəki III, IV və V qazıntı sahələrində konservasiya və bərpa işlərinin yekunları, habelə VII sahədə anbar-buzxanada aparılan konservasiya və bərpa işlərinin gedişi ilə tanış olublar. Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən burada görülən işlər haqqında ətraflı məlumat verilib. AMEA-nın müxbir üzvü, təcrübəli arxeoloq Vəli Əliyev Ağsuda görülən işləri yüksək qiymətləndirib.
İnfotur çərçivəsində iştirakçılar ilk orta əsrlərə aid Torpaqqala-Mehrəvan şəhər yerində aparılmış kəşfiyyat qazıntılarının nəticələri ilə də tanış olublar. Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyev Mehrəvan şəhərinin tarixi və axtarış zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri haqqında məlumat verib.

Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar