Xəbər verdiyimiz kimi, dekabrın 16-dan Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçirilir. Qeyri-maddi mədəni irsimizin və milli atüstü oyunlarımızın təbliğində böyük önəm kəsb edən və 2006-cı ildən ənənəvi olaraq keçirilən yarışlarda bu il Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdamdan 20 komanda çövkən, sürpapaq, papaq, atüstü güləş və yaylıq oyunu üzrə qüvvələrini sınayır.
Dekabrın 19-da çövkən oyunu üzrə Ağdam və Şəki komandaları arasında yarımfinal oyunu keçirilib. 3-2 hesabı ilə qalib gələn Şəki komandası yarışın üçüncüsü olub. Dekabrın 20-də keçiriləcək final oyununda Bakı-1 və Bakı-2 komandaları üz-üzə gələcək.
Digər 4 oyun üzrə nəticələr isə məlumdur. Sürpapaq üzrə I yeri Balakən, II yeri Laçın, III yeri Ağcabədi, papaq üzrə I yeri İsmayıllı, II yeri Oğuz, III yeri Zaqatala, IV yeri Goranboy komandaları tutub. Yaylıq oyunu üzrə Yevlax, Qəbələ və Qax komandaları 1-3-cü yerləri bölüşdürüblər. Atüstü güləş üzrə I yerə Daşkəsən, II yerə Bərdə komandası çıxıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar