XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Noyabrın 27-də İsmayıllı rayon Mərkəzi kitabxanasında şairin yubileyi ilə bağlı əbədi-bədii gecə keçirilib.
Uşaq kitabxanasının müdiri R.Süleymanova ədibin həyat yolundan, dərin ictimai məzmunlu poeziyasından söz açıb. Məktəblilərin ifasında şairin şeirləri səsləndirilib.
Tədbirdə çıxış edən MKS-nin direktoru Ə.Ələkbərov bugünkü qələm əhlinin də qəlbində Məmməd Araz işığı olduğunu bildirib.
Sonra müğənnilər S.Abdullayeva, Q.Güləliyev, P.Şıxıyev Xalq şairinin sözlərinə bəstələnmiş “Duman, salamat qal, dağ, salamat qal", "Dünya sənin, dünya mənim", "Ay gözümün nuru, anam, hardasan?" mahnılarını ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar