Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru tərəfindən Oğuz və İsmayıllı rayonlarında mədəniyyət sahələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib. Müşavirələr zamanı bu rayonlarda dövlətin mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər təmsil etdikləri müəssisələrin fəaliyyəti və mövcud çətinliklər barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Müşavirələrdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi və icrası zərurəti xüsusi vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar