Dekabrın 10-da Astara rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə günü ilə əlaqədar konfrans keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin təhsil, mədəniyyət və səhiyyə şöbəsinin müdiri İlqar Malıyev açıb. Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim torpağımdır” mövzusunda məruzə edib. Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Məruzə ətrafında çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov, şöbənin məsləhətçisi Əfqan Şəfiyev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Təhsil Şöbəsi müdirinin müavini Faiq Həsənov Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.
Astara şəhər 5 saylı orta məktəbin şagirdləri Heydər Əliyevə həsr olunmuş şeirləri səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar