Lənkəran Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Vətəndaş şair - Vətən şairi” mövzusunda ədəbi-bədii gecə keçirilib.
İştirakçılar əvvəlcə Lənkəran Mədəniyyət Mərkəzinin foyesində “Araz həsrətli şair” adlı fotostend və kitab sərgisi ilə tanış olublar.
Mərasimdə çıxış edən Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə şairin poeziyasında milli ruhun, Vətənə məhəbbətin ana xətt təşkil etdiyini vurğulayıb. Şair Ağamir Cavad çıxışında Məmməd Araz poeziyasının sənətkarlıq xüsusiyyətlərindən söhbət açıb.
Mədəniyyət Mərkəzinin “Vaqif” bədii qiraət dərnəyinin üzvləri Məmməd Arazın şeirlərindən nümunələr ifa ediblər. Bədii özfəaliyyət kollektivlərinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar səslənib.
Lənkəran Rayon Mərkəzi Kitabxanasında Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Araz dili” mövzusunda poeziya gecəsi keçirilib. Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova Xalq şairinin yaradıcılığı haqqında məruzə edib, Məmməd Arazın şeirləri səsləndirilib.

* * *
Qəbələ Rayon Mərkəzi Kitabxanasının oxu zalında keçirilən tədbirdə şairin həyat və yaradıcılığından geniş söhbət açılıb. Bildirilib ki, Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşib. Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan vətəndaş olub. Tədbirdə məktəblilər şairin “Ayağa dur, Azərbaycan!”, “Vətən mənə oğul desə...”, “Azərbaycan dünyam mənim”, “Ata millət, Ana millət, ayağa dur!” şeirlərini söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar