A­zər­bay­can əra­zi­si tə­bii re­surs­la­rı və iq­lim şə­rai­ti ilə qə­dim za­man­lar­dan in­san­la­rın məs­kun­laş­ma­sı və ya­şa­ma­sı üçün əl­ve­riş­li mə­kan olub. Bu­nu öl­kə­miz­də apa­rı­lan ar­xeo­lo­ji təd­qi­qat­lar da sü­but edir. Bu ba­xım­dan cə­nub böl­gə­si ta­rix-mə­də­ni zən­gin­li­yi ilə se­çi­lir. Müx­tə­lif dövr­lər­də bu­ra­da ar­xeo­lo­ji qa­zın­tı­lar apa­rı­lıb, na­dir ta­ri­xi ya­di­gar­lar aş­kar edi­lib.
   
   Böl­gə­nin ar­xeo­lo­ji cə­hət­dən dol­ğun öy­rə­nil­mə­si məq­sə­di­lə 1985-ci il­dən Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Cə­nub-Şər­qi Azər­bay­ca­nın ar­xeo­lo­ji təd­qi­qi üz­rə eks­pe­di­si­ya­sı fəa­liy­yət gös­tə­rir. Aka­de­mi­ya­nın Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İns­ti­tu­tu­nun əmək­da­şı, cə­nub böl­gə­si­ni araş­dı­ran eks­pe­di­si­ya­sı­nın rəh­bə­ri, ta­rix üz­rə fəl­sə­fə dok­to­ru Abu­zər Ələk­bə­rov bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, böl­gə­də təd­qi­qat­lar iki is­ti­qa­mət­də apa­rı­lır. Böl­gə­nin həm ar­xeo­lo­ji xə­ri­tə­si ha­zır­la­nır, həm də ar­xeo­lo­ji təd­qi­qat­lar apa­rı­lır. Ar­tıq Lən­kə­ran, Cə­li­la­bad, Le­rik, Yar­dım­lı ra­yon­la­rı­nın ar­xeo­lo­ji xə­ri­tə­si­nin ha­zır­lan­ma­sı ye­kun­laş­maq üz­rə­dir.
   A­bu­zər Ələk­bə­rov bil­dir­di ki, cə­nub böl­gə­si­nin ar­xeo­lo­ji mən­zə­rə­si çox zən­gin­dir: “Le­ri­kin dağ­lıq əra­zi­sin­də hət­ta Pa­leo­lit döv­rü­nə aid ma­ğa­ra­lar aş­kar olu­nub. Cə­li­la­ba­da il­kin əkin­çi­lik mə­də­niy­yə­ti mər­kəz­lə­rin­də ar­xeo­lo­ji təd­qi­qat­lar apa­rı­la­raq Üç­tə­pə, Cə­fər­xan­lı kənd­lə­ri əra­zi­sin­də olan Po­lu­tə­pə, Al­xan­tə­pə ki­mi Neo­lit və Eneo­lit döv­rü­nə aid olan abi­də­lər öy­rə­ni­lir. Bu­ra­da Pa­leo­lit döv­rün­dən tut­muş son or­ta əsr­lə­rə qə­dər olan döv­rə aid ar­xeo­lo­ji abi­də­lər - ya­şa­yış yer­lə­ri, müx­tə­lif dəfn adət­lə­ri­ni əks et­di­rən qə­bir abi­də­lə­ri, qa­la­lar, kar­van yol­la­rı, zi­ya­rət­gah­lar qey­də alı­nır, öy­rə­ni­lir. Xey­li say­da kur­qan­lar, daş qu­tu qə­bir­lər, tor­paq qə­bir­lər, küp qə­bir­lər, ka­ta­kom­ba­lar aş­kar­la­nıb”.
   Təd­qi­qat­çı­nın söz­lə­ri­nə gö­rə, İs­la­ma qə­dər dövr­də dəfn adət­lə­ri müx­tə­lif idi. Hə­min dövr abi­də­lə­ri­nin öy­rə­nil­mə­si həm in­san­la­rın məş­ğu­liy­yə­ti­ni, so­sial və­ziy­yə­ti­ni, həm də axi­rət dün­ya­sı­na inam­la­rı ilə ba­ğı fakt­la­rı aş­kar­la­ma­ğa yar­dım­çı olur: “Aş­kar olun­muş mad­di sü­but­lar­la re­gion əha­li­si­nin qə­dim əkin­çi­lik və mal­dar­lıq­la ya­na­şı, sə­nət­kar­lıq­la da məş­ğul ol­du­ğu­nu or­ta­ya çı­xa­rıb. Bu böl­gə­nin kar­van yol­la­rı­nın üzə­rin­də ol­ma­sı, stra­te­ji, coğ­ra­fi, iq­lim şə­rai­ti və tor­pa­ğın mün­bit­li­yi, me­şə ör­tü­yü ilə zən­gin ol­ma­sı ya­şa­yış üçün əl­ve­riş­li şə­rait ya­ra­dıb. Bu­ra­nı baş­qa re­gion­lar­dan fərq­lən­di­rən əsas xü­su­siy­yət­lər­dən bi­ri də əra­zin­də həm yay­la­ğın, hə­də qış­la­ğın ol­ma­sı­dır ki, bu da öz növ­bə­sin­də əkin­çi­lik və mal­dar­lıq üçün zə­min de­mək­dir”.
   Or­ta əs­rə aid abi­də­lər Le­rik, Yar­dım­lı və Cə­li­la­ba­dın dağ­lıq əra­zi­lə­rin­də da­ha ge­niş ya­yı­lıb. Bu­ra­da er­kən or­ta əsr­lə­rin möh­tə­şəm şə­hər­lə­ri­nin qa­lıq­la­rı var. Mu­ğan, Cəm­cəm, Bə­ci­rə­van, Mah­mu­da­bad ki­mi ya­şa­yış mən­tə­qə­lə­ri böl­gə­də tə­şək­kül tap­mış er­kən or­ta əsr şə­hər­lə­ri olub. Mon­qol­la­rın hü­cu­mu za­ma­nı bu şə­hər­lər da­ğı­dıl­sa da, təd­qi­qat­lar za­ma­nı bə­zi­lə­ri­nin yer­lə­ri müəy­yən­ləş­di­ri­lib.
   Or­ta əsr­lə­rə aid qoç­ba­şı hey­kəl­lər isə bu əra­zi­də da­ha çox ol­ma­sı ilə diq­qə­ti cəlb edir. Be­lə hey­kəl­lə­rə Mər­kə­zi Asi­ya­dan Şər­qi Ana­do­lu­ya qə­dər olan əra­zi­lər­də ge­niş rast gə­li­nir. Qoç­ba­şı hey­kəl­lər qə­dim türk­lə­rin sər­kər­də­lə­ri­nin, sə­nət­kar­la­rı­nın qəb­ri üzə­rin­də ucal­dı­lır və ölən şəx­sin fəa­liy­yə­ti ilə bağ­lı hə­min da­şın üzə­rin­də müx­tə­lif rəsm­lər həkk olu­nur­du.
   Mü­sa­hi­bi­miz onu da vur­ğu­la­dı ki, ötən əs­rin 60-cı il­lər­də be­lə şa­yiə­lər ya­yı­lır­dı ki, gu­ya o hey­kəl­lər­də qı­zıl, ha­be­lə xə­zi­nə və də­fi­nə­lər­lə bağ­lı xə­ri­tə giz­lə­di­lib. Bə­zi in­san­lar da hə­min hey­kəl­lə­ri sın­dır­ma­ğa, hət­ta qə­bir­lə­ri be­lə da­ğıt­ma­ğa baş­la­dı­lar: “İs­la­ma­qə­dər­ki qə­bir­lə­ri an­caq mü­tə­xəs­sis­lər müx­tə­lif va­si­tə­lər­dən is­ti­fa­də edə­rək açır­lar. Çün­ki bu dövr­də qə­bir­lə­rə müx­tə­lif əş­ya­lar qo­yur­du­lar. Son­ra­lar isə şə­riət bu­nu qa­da­ğan et­di. Odur ki, İs­la­mın qə­bul edil­mə­sin­dən son­ra­kı döv­rə aid olan qə­bir­lər­də han­sı­sa qı­zıl-zi­nət və s. ax­tar­maq əbəs­dir. Qə­bir­lə­rin bu şə­kil­də açıl­ma­sı həm ta­ri­xi abi­də­lə­rin məhv ol­ma­sı­na, həm də müx­tə­lif xəs­tə­lik­lə­rin ya­yıl­ma­sı­na sə­bəb ola bi­lər. Çün­ki or­ta əsr­lər­də bir çox epi­de­mi­ya­lar ya­yı­lıb, in­san­lar küt­lə­vi şə­kil­də məhv olub. Be­lə vi­rus­lar min il­lər ya­şa­maq qa­bi­liy­yə­ti­nə ma­lik­dir”.
   Gə­lin, hər bi­ri­miz ta­ri­xi keç­mi­şi­mi­zə sa­hib çı­xaq. Qə­dim ta­ri­xin ya­di­gar­la­rı­nı qo­ru­yub, gə­lə­cək nə­sil­lə­rə çat­dı­raq. Ən zən­gin xə­zi­nə elə bu mad­di mə­də­niy­yət nü­mu­nə­lə­ri­nin var ol­ma­sı­dır.
   
   Fa­riz Hü­sey­nov