Prezident İlham Əliyev Gəncə və Göygöldə yeni mədəniyyət ocaqlarının, istirahət
məkanlarının, infrastruktur və iqtisadi-sosial təyinatlı müəssisələrin açılışında iştirak edib
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin, bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin, mədəniyyət ocaqlarının açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə yenidən qurulmuş Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılan yenidənqurma və abadlıq işləri barədə Prezidentə məlumat verib. Parkın girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb, gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.
Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi ümummilli liderin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Mərkəzdə oxu zalı, elektron kitabxana, xarici dil kursları, xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da var.
Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini vurğulayıb. Dövlət başçısı qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini bildirib. Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidentə ən xoş arzularını çatdırıblar.
* * *
Ölkə başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
* * *
Prezident Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib. Qeyd olunub ki, Nizaminin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu muzeyin əhəmiyyəti böyükdür.
* * *
Dövlət başçısı Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.
* * *
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə də tanış olub, burada inşa edilən Mədəniyyət sarayına, 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli orta məktəbinə baş çəkib. Ötən 10 ildə 170 min məcburi köçkünün yeni qəsəbələrdə, yaşayış massivlərində mənzillərlə təmin edildiyini vurğulayan dövlət başçısı iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən ölkəmizin işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirib.
Prezidentin iştirakı ilə “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının və Gəncə dairəvi avtomobil yolunun açılışı keçirilib. Dövlət başçısı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
* * *
Prezidentə Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri barədə də məlumat verilib. Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
Prezident Gəncədə inşa olunan “VEGO” hotelinə də baş çəkib. Dövlət başçısına məlumat verilib ki, burada dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan hotel mükəmməl infrastruktura malikdir.
* * *
Dövlət başçısı Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin, sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib, Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.