Fevralın 24-də Astara rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirildi.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzovun açılış sözündən sonra Mərkəzi kitabxananın şöbə müdiri Nərgiz Məhərrəmova “Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayətdir” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə qeyd edildi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalı sakinləri hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, düşmən qarşısında əyilməmişdir.
Xatirə gecəsində rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş məsləhətçisi Mirzə Bayramov, Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Əfqan Şəfiyev, MKS-nin direktor müavini İlyas Məmmədov və başqaları çıxış etdilər.
Sonda tədbir iştirakçıları M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəb şagirdlərinin hazırladığı kompozisiyaya baxdılar.

Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar