Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə MKS-nin direktoru Müşgünaz Muradova məruzə ilə çıxış edib, Xocalı faciəsinin bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Məruzəçi tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətindən, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından söz açıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qubadlı rayon komitəsinin sədri Əmrah Hüseynov, şairlər Qafqaz Əvəzoğlu, Nizami Cabbaroğlu, keçmiş döyüşçü Yaqub Vəliyev qan yaddaşımızdan heç vaxt silinməyəcək faciə barədə danışıblar. Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov yekun sözlə çıxış edərək Xocalı faciəsinin gələcək nəsillərə çatdırılmasında mədəniyyət işçilərinin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar