Aprelin 11-də Astara Rayon Mərkəzi Kitabxanasında «Şəfəq» Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə «Region gənclərinin turizm sahəsində bacarıqlarının artırılmasına dəstək» layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.
İctimai birliyin sədri Vamiq Babayev layihə barədə məlumat verib. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Mirzə Bayramov, Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Əfqan Şəfiyev, Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, rayon Mərkəzi Kitabxanasının direktoru Nazim Fərəməzov mövzu ilə bağlı çıxış edərək, rəy və təkliflərini bildiriblər.
Məlumatlandırma sessiyasında fərqlənən 17-35 yaş arasında gənclər mayın 16-dan 19-dək Masallı rayonunda keçiriləcək «Bələdçi xidməti sahəsində peşəkar gənclərin hazırlığı» təlim-təcrübə proqramında iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar