Yevlax şəhərində “İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarında milli mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi çərçivəsində gerçəkləşən sayca ikinci tədbirdə Yevlax, Mingəçevir, Tərtər, Bərdə və Goranboyda fəaliyyət göstərən KİV təmsilçiləri qatılıb.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev rayonda media siyasətinə böyük önəm verildiyini deyib. Yerli “Kür” qəzeti bölgə mətbuatı içərisində yüksək tirajı ilə seçilir, “El” telekanalı uğurla fəaliyyət göstərir.
“RUH” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov layihə ilə bağlı iştirakçılara geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində ilk tədbir mart ayında Gəncədə keçirilib.
Azərbaycanda internet medianın geniş vüsət aldığını bildirən Əvəz Rüstəmov əhalinin 70 faizinin internet istifadəçisi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dünya miqyasında internetin hüquqi tənzimlənməsi praktikasına üstünlük verilmir və belə bir durumda ictimai tənzimlənmənin aktual tərəflərinə diqqət yetirmək lazımdır.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə “İnternet media saytlarının fəaliyyəti və beynəlxalq təcrübə” mövzusunda məruzə edib. Yerli media təmsilçiləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar