Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə həyata keçirdiyi “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən Balakən rayonu bu il “Azərbaycanın folklor paytaxtı” elan edilib.

“Folklor paytaxtı” ilində rayon Mədəniyyət və Turizm Şöbəsi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda turizm potensialının tanıdılması üçün tədbirlər planı hazırlayıb.
Aprelin 25-də bu silsilədən ilk tədbir - “Balakən-Azərbaycanın folklor paytaxtı-2014” adlı təqdimat mərasimi keçirilib. Yeni istifadəyə verilmiş Mədəniyyət mərkəzinin foyesində rayonun el sənətkarlarının əl işlərindən ibarət sərgi təşkil edilib.
Mərasimi Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova açaraq Balakənin ölkəmizin “Folklor paytaxtı” elan edilməsinin rayonun həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyəti başçısının humanitar və siyasi məsələlər üzrə müavini Nəzakət Rüstəmova ictimaiyyəti bu hadisə münasibətilə təbrik edib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş “Balakən - Azərbaycanın folklor paytaxtı - 2014” kuboku təqdim olunub. Balakənli yazar Ramazan Xutrayev tədbirə bədii töhfələrini təqdim edib.
Çıxışlardan sonra mərasimin bədii hissəsi başlanıb. El havaları ifa olunub, deyişmələr səsləndirilib. İncəsənət məktəbinin nəzdində yaradılmış “Sənəm” qrupunun ifasında səslənən el havaları tədbirə rəngarənglik qatıb.
“Folklor paytaxtı” ilinin sonuna qədər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən rəngarəng tədbirlər keçiriləcək, rayona gələn qonaqlar ölkəmizin bu dilbər guşəsinin adət-ənənələri, xalq yaradıcılığı ilə daha yaxından tanış olacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar