2014-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuş Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində “Folklorumuz və milli-mədəni dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Dəyirmi masanı şöbənin müdiri Ruqiyyət Seyidova açaraq iyirmidən artıq millətin nümayəndələrinin yaşadıqları Balakən rayonunun, eyni zamanda, çox zəngin folklor ənənələrinə malik olduğunu bildirib, “Balakən - Azərbaycanın folklor paytaxtı - 2014” ili çərçivəsində rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov çıxış edərək ölkəmizdə milli-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıblar.
Dəyirmi masada “Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial və tarixi qaynaqları”, “Mədəni irsin qorunması və təbliğində muzeylərin rolu”, “Balakənin söz sənəti” mövzularında məruzələr dinlənilib və mövzu ətrafında çıxışlar olub.
Balakən folklorunun araşdırılması və təbliğində fəal iştirakına görə bir qrup rayon ziyalısı və mədəniyyət işçisinə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları təqdim olunub. Tədbir rayonun folklor kollektivlərinin konsert proqramı ilə başa çatıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar