Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar “Kitab bayramı” təşkil edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov iştirakçıları və kitabsevərləri əlamətdar hadisə münasibətilə təbrik ediblər, ulu öndərin dövlətçilik fəaliyyəti, mədəniyyətə diqqət və qayğısından söz açıblar.
Sərgidə müxtəlif sahələrə aid 1500-dən çox kitab, elektron disklər nümayiş olunub, uşaqların əl işlərindən ibarət sərgilər təşkil edilib. Tədbirdə rəngarəng konsert proqramı təqdim olunub. Şəhər 1 saylı məktəbin şagirdləri tərəfindən ulu öndərə həsr edilmiş şeirlər söylənilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar