Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsi müxtəlif tədbirlər təşkil edib. Bu münasibətlə rayon uşaq incəsənət və musiqi məktəbləri arasında xalq çalğı alətləri və fortepiano ixtisasları üzrə iki turdan ibarət baxış-müsabiqəyə start verilib.
Mayın 1-də başlanan müsabiqənin ilk turunda rayon ərazisində yerləşən musiqi məktəbləri üzrə 80 şagird iştirak edib və 34 nəfər ikinci tura vəsiqə qazanıb. Ayın 6-da keçirilmiş ikinci turdan sonra 15 şagird müsabiqənin qalibləri olaraq yekun konsertində iştirak etməyə vəsiqə qazanıb. Tar ixtisası üzrə Sədi Məmmədzadə, qarmon ixtisası üzrə Elçin Cəfərov, fortepiano ixtisası üzrə Zəminə Nəcəfova və Gülnarə Əliyeva nümunəvi çıxışları ilə ifaçılıq qabiliyyətlərini uğurla nümayiş etdiriblər.
Müsabiqənin yekun konserti mayın 9-da Horadiz şəhərindəki Muğam mərkəzində keçiriləcək. Qaliblərə və təhsil aldıqları məktəblərə diplomlar, müəllim və konsertmeysterlərə fəxri fərmanlar təqdim olunacaq.

Elmin İdrisli,
Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin
direktoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar