Naxçıvan Muxtar Respublikasında görkəmli şəxsiyyətlərin ev-muzeylərinin yaradılması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Ötən ildən başlayaraq akademik Yusuf Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyində yenidənqurma işləri aparılıb.
Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muzeyin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Muxtar respublika Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, muzeyin sahəsi 190 kvadratmetrdir. İkimərtəbəli binanın birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-ə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.
Yenidənqurma işləri zamanı iş otaqlarında müasir şərait yaradılıb, ekspozisiya zalının döşəməsi yenilənib, qazanxana quraşdırılıb. Muzeyə gedən yol yenidən qurulub, binanın həyətində təmir işləri aparılıb, yaşıllıq salınıb.
Ali Məclisin sədri ev-muzeyin ümummilli lider Heydər Əliyevin qayğı və himayəsi ilə 1975-ci ildə yaradıldığını, 2005-ci ildə akademikin 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb, muzeydə görkəmli alimin elmi irsinin təbliğ edilməsi barədə tapşırıqlar verib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar